“Qalmağa yerim olmayanda İradə mənə sığınacaq verib” - Erməni jurnalist

qalmaga-yerim-olmayanda-irade-mene-siginacaq-verib
Oxunma sayı: 6589

Erməniəsilli rusiyalı jurnalist Marqarita Simonyan “Telegram” səhifəsində azərbaycanəsilli həmkarı İradə Zeynalova ilə münasibətindən yazıb.

“Qafqazinfo” xəbər verir ki, o, azərbaycanlı teleaparıcı ilə bağlı xatirəsini bölüşüb:

“İradə mənim rəfiqəmdir. Mən Moskvaya gələndə qalmağa yerim yox idi, İradə mənə evində sığınacaq verib. Xəbər otağında bizi “Ermənistan-Azərbaycan münaqişəsi” adlandırırlar”.

Simonyan, həmçinin, qeyd edib ki, İradə Zeynalovanın bir ənənəsi var – “hərbi müxbirlərə ərə getmək”. Bunu yazan Marqarita Zeynalovanın yeni həyat yoldaşı – Birinci kanalın hərbi müxbiri Aleksandr Yevstiqneyevin “Telegram” ünvanını paylaşıb.