Qalmaqala Dilarə də qoşuldu - “Xatirə çox aqressivdir”

qalmaqala-dilare-de-qosuldu
Oxunma sayı: 2874

Əməkdar artist Dilarə Əliyeva müğənni Xatirə İslamla aktrisa Məlahət Abbasova arasında yaranan qalmaqala münasibət bildirib. O, “Səhər-Səhər” proqramına qonaq olarkən Xatirəyə iradını söyləyib. 

D. Əliyeva proqramda qeyd edib ki, aktrisanı rolu ilə aşağılamaq düzgün deyil: “Məlahət Abbasova heç də az iş görməyib. O, Türkiyədə sayılıb-seçilən teatrda işləyir. Azərbaycanla Türkiyə arasında bir çox mədəni işlər görüb. 

Mənim özüm qulluqçu, şahzadə obrazlarını canlandırmışam. Yetər ki, mənim üçün orada material olsun. Düşünürəm ki, qarşı tərəf mənim geyimim barədə tənqid yazırsa, cavab verməyəcəkdim, özümdə səhv axtaracaqdım. Mənim xarakterim belədir. 

Əgər insan instaqramda fikir qeyd edibsə, deməli, geyimimdə ona toxunası nəsə var. Amma kiminsə gördüyü işi aşağılamaq düzgün deyil. Xatirə İslama hörmətim böyükdür, amma çox aqressivdir. Aktrisa istər süpürgəçi, istərsə də, birinci dərəcəli rol oynasın… Amma o dərəcəə cavab vermək olmaz. Mən də belə rollar oynamışam. Rol roldur, xarakter xarakterdir”.

Qeyd edək ki, M. Abbasova Xatirənin “Altın Kelebek”dəki geyimini instaqramda tənqid etmiş, qarşı tərəf isə ona sərt bir şəkildə cavab vermişdi. O, aktrisanın Türkiyədə süpürgəçi obrazı ilə yaddaşlarda qaldığını bildirmişdi.