Qalmaqallı cütlük bazarlıqda- - Fotolar

qalmaqalli-cutluk-bazarliqda-
Oxunma sayı: 2516


“Qafqazinfo”nun məlumatına görə, duet ortaqları lent.az-ın "Bazarlıq" rubrikasının qonağı olublar. Təranə söhbət zamanı Musa ilə münasibətlərinə aydınlıq gətirib: "Hər bir ailədə söz-söhbət olur. Məşhursansa, sənin ailən mətbuatın, cəmiyyətin maraq dairəsində olacaq. Musa ilə rəsmi olaraq ər-arvad olmasaq da, bir evdə yaşayırıq. Bir çoxları deyir ki, Təranə uşağına görə Musanı bağışladı. Amma bu, yalan fikirdir. Musanı sevdiyim üçün bağışladım. Ürəyinin necə təmiz olduğunu bilirəm, həm də diqqətcildir. Düzdür, bir ara onun beynini doldurdular, o da aqressiv olduğu üçün bu söz-söhbətlər oldu. Amma indi hər şey qaydasındadır, bu mövzuya bir daha qayıtmaq istəmirəm. Yaxşısı budur alış-verişimizə başlayaq."