Qalmaqallı direktor işdən çıxarıldı

qalmaqalli-direktor-isden-cixarildi
Oxunma sayı: 6635

Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib.

O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.
 
Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.
 
Xaçmaz rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb. 
 
Qeyd edək ki, həmin şəxsin 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur.