Qalmaqallı jurnalist Lider TV-dən də çıxarıldı

qalmaqalli-jurnalist-lider-tv-den-de-cixarildi
Oxunma sayı: 1059

“Space” televiziyasında “Xəbərlər” departamentinin baş redaktoru vəzifəsindən qalmaqallı şəkildə ayrılıb Lider TV-yə keçən telejurnalist Elman Gədikli bu dəfə də işini itirməli olub.
 
“Qafqazinfo”nun Axşam.az-a istinadən verdiyi məlumata görə, o, “Lider”də “Xəbərlər”in baş redaktorunun müavini vəzifəsindən də azad olunub.
 
Qeyd edək ki, E.Gədiklinin Space TV-dən çıxarılma göstərişini təhsil naziri Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov “Space”in rəhbəri Vaqif Mustafayevə zəng edərək iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. Onun yerinə Azadə Balayeva təyin olunmuşdu.