Qalmaqallı partiyanın bütün nazirləri hökuməti tərk edir

qalmaqalli-partiyanin-butun-nazirleri-hokumeti-terk-edir
Oxunma sayı: 1222

Kansler Sebastyan Kurtsun Daxili İşlər naziri Xerbert Kikla istefa verməsi ilə bağlı etdiyi təklifdən sonra Avstriya Azadlıq Partiyasının bütün nazirləri hökuməti tərk etmək qərarı qəbul ediblər.

Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Kurier” nəşri məlumat yayıb. 

Qeyd edək ki, bu gün Kurts ölkə başçısına DİN rəhbəri Xerbert Kiklin vəzifə öhdəliklərindən azad edilməsi ilə bağlı təklif edib.

Xatırladaq ki, Avropa Parlamentində seçkilərə bir həftə qalmış Almaniyanın nüfuzlu nəşrləri vitse-kansler və Azadlıq Partiyasının lideri Haynts-Kristian Ştraxenin gizli çəkilmiş videosunu yayımlayıb. Həmin görüntülərdə vitse-kansler seçkilərə təsir edə bilmək üçün naməlum qadınla media-səhmlərini almaqla bağlı məsələni müzakirə edib.

Videonun yayılmasından sonra Ştraxe hər iki postundan istefa verməli olub.