“Qalxan və Qılınc”ın təqdimatı olacaq

qalxan-ve-qilincin-teqdimati-olacaq
Oxunma sayı: 1461

Sabah Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Qalxan və Qılınc” sənədli filminin təqdimatı keçiriləcək.

“Qafqazinfo” Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş film Sovetlər dövründə ölkəmizin təhlükəsizlik xidmətlərinə rəhbərlik edərkən liderin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və  cinayətkarların cəzalandırılması ilə bağlı hadisəni özündə əks etdirir.

Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, prodüseri Müşfiq Hətəmovdur.