Qamət Süleymanov da bayram gününü açıqladı- - "29 iyul"

qamet-suleymanov-da-bayram-gununu-aciqladi-
Oxunma sayı: 5537


Dindarlar arasında Ramazan bayramının dəqiq hansı gün olması barədə mübahisələr gedərkən “Əbu-Bəkr” məscidinin imamı Qamət Süleymanov tərəfdarlrına müraciət edib. 

“Qafqazinfo”nun xəbərinə görə, Q.Süleymanovun müraciətində deyilir:

“QMİ-nin qərarına əsasən Azərbaycanda Ramazan bayramı iyul ayının 29-na elan olunub. 

Quran və Sünnənin və mötəbər alimlərin rəyinə əsasən biz yaşadığımız ölkəmizin, Azərbaycanımızın rəsmi elanı ilə Ramazan bayramını keçiririk. 

Bu mövzu ətrafında səsləndirilən müxtəlif fikirlərə uymaq, cürbəcür rəqəmlərə fikir vermək lazım deyil!

Sabah iyulun 28-i son oruc günümüzdür və birisi gün iyulun 29-u isə bayram günüdür. 

Hamını bu mübarək Ramazan bayramı ilə təbrik edirik və Allahdan vətənimizə əminamanlıq diləyirik!”