Qan təzyiqindən necə xilas olmaq mümkündür?

qan-tezyiqinden-nece-xilas-olmaq-mumkundur
Oxunma sayı: 3235

ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, 16 həftə müddətində həyat tərzinin dəyişdirilməsi yüksək qan təzyiqi ilə mübarizə üçün qəbul olunan preparatlara ehtiyacı azaldır.

“Qafqazinfo” xəbər verir ki, alimlərin apardığı araşdırmada  yaşları 40-80 olan, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 129 kişi və qadın iştirak edib. Bütün könüllülərdə qan təzyiqi 130-160/80-90 millimetr civə sütunu təşkil edib. 

Yoxlanış zamanı iştirakçılar təsadüfən üç qrupa bölünüblər. Birinci qrup insanlar 16 həftə müddətinə həyat tərzini dəyişiblər, meyvə, tərəvəz və yağsız süd məhsulları ilə qidalanıblar. Bundan başqa, onlar artıq çəkidən azad olmaq üçün proqrama yazılıblar. 

İkinci qrup iştirakçıları yalnız sağlam dietaya üstünlük veriblər, üçüncü qrup isə həyat tərzini dəyişməyiblər.

Məlum olub ki, eksperimentin sonunda birinci qrupda daxil olan insanlarda çəki azalıb, qan təzyiqi isə 16 millimetr civə sütunu enib. İkinci qrupda təzyiq 11, üçüncü qrupda isə 3 millimetr civə sütunu aşağı düşüb. Bununla yanaşı, birinci qrupdakı iştirakçıların 15 faizi, ikinci qrupdakıların 23 faizi dərman preparatlarına ehtiyac duyub, üçüncü qrupda isə bu göstərici dəyişməz qalıb.