“Qanadlı oğlan” əsgər gedir

qanadli-oglan-esger-gedir
Oxunma sayı: 5450


“Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun (ASAİF) sədri Ramin Hakimov hərbi xidmətə yollanır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilat sədri tvitter hesabında yazıb: “Üzvlükdən koordinatorluğa, idarə heyyətindən sədrliyə və nəhayət, tutduğum vəzifədən mənim üçün şərəf olan əsgərliyə yollanıram. Bugündən etibarən səlahiyyətlərimi baş katiblik icra edəcək. Bundan sonrakı beynəlxalq forumda iştirakçı kimi iştirak edə bilməsəm, indidən bütün forum iştirakçılarına uğurlar diləyirəm”. 

Qeyd edək ki, adı “nurçu” gənclərin cərgəsində adı hallanan Ramin Hakimovun 31 mart – 1 aprel-də Almaniyanın paytaxtı Berlin şəhərində “Yeni Yanaşmalar və Yeni İmkanlar” mövzusunda keçirəcəyi forumu təxirə salınmışdı. Onun bağlı bağlı sosial şəbəkələrdə paylaşılan video və oradakı geyim tərzi etirazla qarşılanmışdı.