“Qanımı qaraltmaq istəmirəm” - Rəşad

qanimi-qaraltmaq-istemirem-resad
Oxunma sayı: 637

Bu sözləri “Qafqazinfo”ya “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov dünən keçirilən “Neftçi” Qarabağ” oyunu haqqında açıqlamasında deyib.

Sadıqov ümumilikdə görüşün çox maraqlı alındığını bildirib: “Oyun gözlənildiyi kimi maraqlı və gərgin keçdi. Məğlub olduq ancaq bu məğlubiyyəti artıq unutmuşuq, fikrimizi tam olaraq çempionata ayırırıq. Hakimin qərarı haqqında xüsusi bir şərh vermək istəmirəm. Hər şey göz qabağında idi. Onun qərarı haqqında danışıb qanımı qaraltmaq da istəmirəm”

İqbal