“Qanımızı içmək istəyəcəklər”

“Qanımızı içmək istəyəcəklər”
Oxunma sayı: 1402

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi Devid Hili ölkəsinin mətbuatına açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, 41 yaşlı mütəxəssis "Qarabağ"la Bakıda keçirəcəkləri cavab görüşü barədə fikirlərini bölüşüb:

"Ciddi sınaq qarşısında olacağıq. Bakıya gedib, "Qarabağ"a qarşı oynamaq məşqçilik karyeramın ən çətin sınağı olacaq. Tribunalarda 30-35 min azarkeşin olacağını və düşmən atmosferin reallaşacağını xəyal edirəm. Bizim qanımızı içmək istəyəcəklər. Bu, yaxşıdır, oynamaq üçün səbəbimiz var, ümid edirəm ki, nəticə qazanarıq. Lakin "Qarabağ"dan böyük gözlənti var və favorit onlar olacaq. Qrup mərhələsinə vəsiqə qazanmağın nə qədər çətin olduğunu anlayırıq. Hər biriniz gördünüz ki, "Qarabağ" necə yaxşı komandadır. Əlbəttə, ilk oyundakından daha yaxşı olmaq məcburiyyətindəyik. Fasilədə sonra 2:1 hesabı ilə üstün olduğumuz üçün şokda idim. Ancaq topu doğru yerlərə göndərsəniz, hər zaman qol vurmaq fürsətiniz olur. Futbolçularım mükafata layiqdir, çünki "Qarabağ" kimi komandanı məğlub etmək inanılmazdır".

Qeyd edək ki, "Linfild" "Vindsor Park"da reallaşan ilk görüşdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib. Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi