Qanun layihələri müzakirəyə çıxarılır

qanun-layiheleri-muzakireye-cixarilir
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, ilkin müzakirəyə Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununun layihəsi və Azərbaycan Respublikasının “Peşə birlikləri haqqında” Qanununun layihəsi çıxarılır. Müzakirələrdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri iştirak edəcək.

Qanun layihələrinin müzakirə ediləcəyi dəyirmi masa 01 noyabr 2011-ci il saat 11.00-da “Park İnn” otelində keçiriləcək.