Qanun layihəsinin hazırlanması üzrə işçi qrupun iclası keçirildi

qanun-layihesinin-hazirlanmasi-uzre-isci-qrupun-iclasi-kecirildi
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, iclası giriş sözü ilə açan AHİM-nin sədri Anar Bağırov Qrupun iclaslarının gələcəkdə keçirilməsi üzrə təşkilati tədbirlər, habelə Azərbaycanda ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı qanunvericilikdə və təcrübədə mövcud olan problemlər barədə Qrup üzvlərini məlumatlandırıb, mövzu üzrə ətraflı müzakirələr aparılıb.

İclasda iştirak edən AHK-nın Baş katibi Nadir Adilov İşçi Qrupun fəaliyyətinə AHK tərəfindən verilən dəstək barədə, həmçinin bu sahədə aparılan işlərin məhkəmə-hüquq islahatlarının önəmli hissəsi olacağını qeyd edib.

Görüş çərçivəsində "Hüquqi yardım konsepsiyası"nın və qanun layihəsinin hazırlanması və gələcək fəaliyyətin koordinasiyasına dair faydalı fikir mübadilə aparılıb, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların qeyd olunan layihəyə cəlb edilməsinin zəruriliyi vurğulanıb.

Görüşün yekununda İşçi Qrupun gələcək fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə bu sahədə böyük təcrübəyə malik olan beynəlxalq ekspertlərin əməkdaşlığa dəvət olunması qərara alınıb.

Sədan