Qanunsuz kəsilən ağaclar sexdə aşkarlandı

qanunsuz-kesilen-agaclar-sexde-askarlandi
Oxunma sayı: 1774

Xaçmaz rayonunda qanunsuz kəsilən ağaclar sexdə aşkarlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 4-də Qaraqurtlu kəndi ərazisində rayon sakini Nazim Abasova məxsus ağac emalı sexinə baxış zamanı qanunsuz kəsilmiş 11 ədəd, ümumi dəyəri 2470 manat olan qovaq ağacı aşkar edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.