Qanunsuz kömür hazırlayanlar 300 manat cərimələndilər

qanunsuz-komur-hazirlayanlar-300-manat-cerimelendiler
Oxunma sayı: 2422

Göygöl rayonuToğana kəndi ərazisində kömür hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə daxil olan şikayəti Nazirliyin əməkdaşları araşdırıb.

ETSN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı Göygöl rayon Toğana kənd sakinləri Məzahir Qurbanov və Mamed Süleymanov tərəfindən həyətyanı torpaq sahələrində qanunsuz yolla əldə edilən meşə materialından kömür hazırlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən, 300 manat məbləğində cərimə edilib.

Kömür quyularının ləğv olunması məqsədilə onlara icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.