“Qanunsuz miqrasiyaya zəmin yaradan bir neçə kanal aşkarlanıb” - General+ Video

qanunsuz-miqrasiyaya-zemin-yaradan-bir-nece-kanal-askarlanib
Oxunma sayı: 2053

“Son iki ay ərzində qanunsuz miqrasiyaya zəmin yaradan bir neçə kanal aşkarlanıb”.

“Qafqazinfo”nun “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi, general-mayor Vahid Qəhrəmanov deyib.

Onun sözlərinə görə, 2017-ci ilin noyabrdan Azərbaycana Asiya ölkələrindən, xüsusilə də Hindistan istiqamətindən qanunsuz gələn 207 nəfər miqrant müəyyənləşdirilib. Həmin şəxslər bir qayda olaraq turist vizası ilə gətirilən və ölkədə qalan şəxslərdir.

Saxlanılan şəxslərin bəziləri təhsil almaq adı ilə gələrək qanunsuz əməllərlə məşğul olanlardır. Miqrantların bəzilərində çox ciddi xəstəliklər aşkarlanıb. Həmçinin qanunsuz miqrasiyaya şərait yaradan kanal və marşrutlardan istifadə etməklə miqrantları ölkəyə gətirilən 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib və istintaq davam etdirilir.

Vahid Qəhrəmanov bildirib ki, Dövlət Miqrasiya Xidməti 2015-ci ildən qeyri-leqal yolla miqrant kanalı təşkil etmək istəyən 15-ə yaxın dəstəni aşkar edərək qarşısını alıb.