Qanunsuz odlu silah-sursat gizlədən şəxs saxlanılıb

Qanunsuz odlu silah-sursat gizlədən şəxs saxlanılıb
Oxunma sayı: 463

Tərtər rayonunda qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 10-da qanunsuz silah-sursat saxlayan rayon sakini Zöhrab Qəhrəmanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində yerləşən yardımçı tikilidən qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 625 ədəd döyüş patronları, eləcə də 1 ədəd Toz-8 markalı tüfəng aşkar edilərək götürülüb. Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub. Faktla bağlı Tərtər RPŞ-də istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi