Qanunsuz ov edən Bakı sakinləri saxlanılıb

qanunsuz-ov-eden-baki-sakinleri-saxlanilib
Oxunma sayı: 1407

Sentyabrın 22-də qanunsuz ov etdiklərinə görə 3 nəfər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Nicat Balayarov, Əhməd Əlizadə və Nazim Balayev olduqları müəyyən edilib. Onlardan “ATA ARMS”, “İJ-58” və “Özkan arms” markalı 3 ədəd ov tüfəngləri və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb. Araşdırma aparılır.