Qanunsuz ov edən şəxs cərimələndi

qanunsuz-ov-eden-sexs-cerimelendi
Oxunma sayı: 1384

Lənkəranda qanunsuz ov edən şəxs cərimələnib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq vədigər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.