Qanunsuz tədbir keçirənlər tutuldu - - 22 nəfər

qanunsuz-tedbir-kecirenler-tutuldu-
Oxunma sayı: 1720

 

"Qafqazinfo" xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis onları bu gün Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıb.

Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər.

Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.