“Qanunu pozmağın sadə üsulu” – Manşetlər

qanunu-pozmagin-sade-usulu-mansetler
Oxunma sayı: 690

“Azadlıq” qəzetinin manşetində “Prokurorluqda müdhiş skandal” başlıqlı xəbər dərc olunub. xəbərdə prokurorluq orqanlarında çalışanların narazılığı və bunun səbəbləri barədə ətraflı məlumat yer alıb.

“Azərbaycan” qəzetində manşet xəbəri Prezident İlham Əliyevin Heydər Əliyevin məzarını ziyarət etməsi ilə bağlıdır. “Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır” başlıqlı xəbərdə ziyarət mərasiminin təfərüatları yer alıb.

“Bizim yol” qəzetinin manşet xəbəri isə Azərbaycanda tikilməsi planlaşdırılan yeni RLS-lə bağlıdır. “Rusiya Azərbaycanda hərbi baza qurur” başlıqlı xəbərdə məsələ ilə bağlı ekspert rəyi də yer alıb.

“Şərq” qəzetində isə manşet xəbər imzalanması gözlənilən əfv fərmanı haqqındadır. “Prezidentin əfv fərmanı imzalayacağı gözlənilir ” başlıqlı xəbərdə məsələ ilə bağlı ombudsman Elmira Süleymanovanın açıqlaması yer alıb.

“Kaspi” qəzeti manşet xəbər olaraq “Bakıətrafı qəsəbələrdə itən enerjinin haqqı necə ödənilir?” başlıqlı xəbəri seçib. Xəbərdə məsələ ilə bağlı “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin mövzu ilə bağlı açıqlaması da yer alıb.

“Xalq cəbhəsi” qəzetinin manşetində “Rusiya Azərbaycanda yeni RLS tikəcək” başlıqlı xəbər yer alıb. Xəbərdə tikintinin nə vaxt baş tutacağı barədə də məlumat verilib.

“Yeni Azərbaycan” qəzeti isə manşetdə “Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır” başlıqlı xəbər dərc edib. Xəbərdə ötən gün prezident İlham Əliyevin və digər dövlət rəsmilərinin Heydər Əliyevin məzarını ziyarət etməsi ilə bağlı ətraflı məlumat və görüntülər yer alıb.

“525-ci qəzet”inin də manşeti Rusiyanın Azərbaycanda tikməyi planblaşdırdığı yeni RLS-lə bağlıdır. “Rusiya Azərbaycanda yeni RLS tikəcək” başlıqlı xəbərdə stansiyanın tikintisinin nə vaxt başlayacağı və hansı ərazidə quraşdırılacağı barədə məlumat verilir.

“Yeni Müsavat” qəzetinin manşet xəbəri Azərbaycanda yeni hərbi qurum yaradılacağı ilə bağlıldır. “Generallar daha bir “yüksəklik” uğrunda savaşa girir” başlıqlı xəbərdə iddia edilir ki, yaradılacaq qurum özündə bir neçə hərbi qurumu cəmləşdirəcək.

“Zerkolo” qəzetinin mnaşetində isə “Qanunu pozmağın sadə üsulu” başlıqlı xəbər dərc olunub. xəbərdə Azərbaycanda tikilməsi gözlənilən yeni RLS-in nə vaxt tikilməsi ilə bağlı məlumat yer alıb.

Hazırladı: Fatimə Kərimli