Qapıçı azarkeşlər üçün and içdi

qapici-azarkesler-ucun-and-icdi
Oxunma sayı: 662

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gənc qolkiper komandanı tərk etməyəcəyini bildirib. “Facebook” səhifəsi vasitəsilə azarkeşlərə səslənən 24 yaşlı futbolçu Türkiyədə “Trabzonspor”dan başqa heç bir klubun formasını geyməyəcəyinə and içib: “Mətbuatda yayılan xəbərlər mənə pis təsir edir. Bəziləri komandanı tərk etmək istədiyimi, bu səbəbdən yeni müqavilə imzalamadığımı iddia edir. Rəhbərlikdən daha çox pul istədiyimi bildirənlər də var. Mən burada 3 ildir ki, ehtiyatda qalan oyunçulardan daha az maaş alıram. Ancaq bu əhəmiyyətli deyil. “Trabzonspor” mənim ailəmdir. Heç vaxt burada pulu düşünməmişəm. And içirəm ki, heç vaxt Türkiyədə “Trabzonspor”dan başqa bir klubun formasını geyməyəcəm. Buradayam və 10 gün ərzində yeni müqaviləyə imza atacam”.

Ceyhun Əhmədov