“Qapıçı yaxşı oynadı” - Simeone

“Qapıçı yaxşı oynadı”
Oxunma sayı: 202

"Oyuna pis başlamamışdıq. Rəqibə böyük zərbə vura bilərdik. Amma dəqiq olmadıq. Əvəzində isə onlar fərqləndilər".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeon Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyundan (1:1) sonra deyib.

Argentinalı mütəxəssis  Ağdam klubunun qapıçısı Sehiçi tərifləyib: "İkinci hissədə təlaşı və əsəbi idik. Rəqib əla müdafiə olunurdu. Qapıçı yaxşı oynadı. Nəticədə istədiyimiz hesabı əldə edə bilmədik. Hazırda hücumçu problemimiz var". 

O, ÇL-in növbəti turunda "Roma”ya qarşı daha yaxşı olmağa çalışacaqlarını bildirib: "O matçın nəticəsinə görə taleyimiz bəlli olacaq. Biz həmişə eyni cür oynamışıq, əvvəllər bu, alınırdı, indi alınmır. Əgər siz xal qazanırsınızsa, hamı gücünüzdən danışır. Nəticə yoxdusa, insanların fikri dəyişir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi