Qapını sındıraraq evə girib

qapini-sindiraraq-eve-girib
Oxunma sayı: 957

Bakıda oğurluq edən xarici vətəndaş saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu, Telnov küçəsində yerləşən mənzillərdən birindən dəyəri 1700 manat olan bir ədəd televizor, qiyməti 700 manat olan noutbuk oğurlanıb.

Naməlum şəxs evə qapını sındıraraq daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edərək oğurladığını əşyaları satdığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.