Qar Bakı yollarını iflic etdi - Fotolar

qar-baki-yollarini-iflic-etdi-fotolar-
Oxunma sayı: 646

Əsasən Bakı-Sumqayıt yolu, Badamdar qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi qəsəbəsi, “20 yanvanr” metrosu yaxınlığı və s. ərazilərdə avtomobillərin hərəkəti iflic vəziyyətdə idi. Baxmayaraq ki, yollarda yol polisi vardı, lakin bunun da avtomobillərin hərəkətinin tənzimlənməsində heç bir faydası yox idi.

Lakin yolların buz bağlanması hələlik müşahidə olunmurdu. Bəzi yollara isə duz və qum səpilmişdi. Bu işlərə isə gecə saat 04:00 radələrində başlanıb. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda 1050-yə yaxın texnika tam hazır vəziyyətdədir və istənilən vaxt yarana biləcək problemlərin qarşısını almaq üçün səfərbər olunacaq.

Onun sözlərinə görə, bütün mərkəzi yollara duz, qum səpilib. Qum ehtiyyatı 24 min kub metrdən, 26 min kub metrə qədər artırılıb. Texniki duz ehtiyyatı isə 1900 tondan 2350 tona çatdırılıb. O cümlədən Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən hissəsinə, Tbilisi prospektinə, “20 yanvar” körpüsü, Bakı dairəvi yolu və şəhərin digər əraziləriniə qum-duz qarışığı səpilib.

Pünhan Mürsəliyev deyir ki, bu günki tıxacın yaranması adi haldır və hava şəraiti ilə əlaqədar deyil.

Yol polisi isə paytaxtda tıxacın höküm sürməsinin əsas səbəbini bir çox yolların bağlı olmasında və hazırkı hava şəraitində görür. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda paytaxtda 6 əsas yol təmir-tikinti işlərilə əlaqədar bağlıdır.

Əsasən Cəlil Məmmədquluzadə küçəsindən Papanin istiqamətinə, Badamdar qəsəbəsindən 20-ci sahə və Bayıl qəsəbəsi istiqamətlərində, Heydər Əliyev sarayının arxasından 5 mərtəbə istiqamətinə, Füzuli və Mirzə Ağa Əliyev küçələrində yollar bağlıdır. Eləcə də, Azadlıq meydanından Neftçilər prospekti istiqamətində, Puşkin küçəsi tam bağlıdır. Bundan başqa, Biləcəri qəsəbəsində yoların təmiri ilə əlaqədar yolların bir hissəsi bağlıdır.

V.Əsədov həmçinin bu gün tıxacın əsas səbəblərindən biri kimi avtomobil çoxluğunu göstərir. “2012-ci il il ölkəyə 80 mindən çox avtomobil gətirilib. Onların 62 faizi isə Bakının payına düşür. Bu səbəbdən paytaxtda yaranmış maşın sıxlığını faciə kimi göstərmək düzgün deyil”.

BŞDYPİ rəsmisi bu gün yaranmış tıxacın səbəblərindən birini isə hava şəraiti ilə əlaqələndirir. “Düzdür hələ ki, yollarda buzlaşma müşahidə olunmur. Lakin avtomobillərin yavaş sürəti, enişli-yoxuşlu yollarda, körpülərdə, yol ötrücülərində hərəkətin əlverişsiz olması da maşın sıxlığına səbəb olub”.