Qar fırtınası 70 milyon insanın həyatını iflic etdi - Fotolar

qar-firtinasi-70-milyon-insanin-heyatini-iflic-etdi
Oxunma sayı: 2762

ABŞ-ın şimalında son 3 həftədə 4-cü qar fırtınası qeydə alınıb.

“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, ötən gecə Filadelfiya və Vaşinqtondan başlayan güclü qar səhər saatlarında Nyu-Yorka çatıb.

Məlumata əsasən, pis hava şəraiti Nyu-Yorkda qatarların, Nyu Cersidə isə nəqliyyatın iflic olmasına səbəb olub.

Qar fırtınası ümumilikdə 70 milyondan çox insanın həyatını iflic edib.