Qar uçqununa düşən 2-ci hərbçinin də meyiti tapıldı

qar-ucqununa-dusen-2-ci-herbcinin-de-meyiti-tapildi
Oxunma sayı: 1689

Martda Daşkəsəndə qar uçqununda itkin düşən daha bir həbçinin nəşi tapılıb.

"Qafqazinfo" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl gizir Hafiz Abdullayevin də nəşi tapılaraq ailəsinə təhvil verilmişdi.