Qar yağış yağacaq, yollar buz bağlayacaq

qar-yagis-yagacaq-yollar-buz-baglayacaq
Oxunma sayı: 3873

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

“Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Bakıda və Abşeron yarımadasında  noyabrın 24-25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv  olacağı gözlənilir. Şimal-qərb küləyi  əsəcək, arabir güclənəcək.  

Azərbaycanın rayonlarında noyabrın 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. 

Sabah isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.