Qara dənizdə rus hərbi gəmisi yük gəmisiylə toqquşub

qara-denizde-rus-herbi-gemisi-yuk-gemisiyle-toqqusub
Oxunma sayı: 660

Qara dənizdə Rusiyaya məxsus hərbi gəmi ilə canlı heyvan daşıyan quru yük gəmisi toqquşub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, toqquşma nəticəsində tədqiqat gəmisi olan “Liman” zədələnib.   

Ekipaj üzvləri arasında zərərçəkən yoxdur. İkinci gəminin hansı ölkəyə məxsus olduğu müəyyənləşməyib. 

Türkiyənin Sahil Mühafizə xidmətinin verdiyi məlumata görə, bütün rus dənizçilər evakuasiya olunublar. Xilas edilən dənizçilər rus gəmiləri vasitəsilə ölkələrinə göndəriliblər. Qəzanın qatı dumandan baş verdiyi ehtimal edilir.