Qara pomidor görmüşdünüz? - Azərbaycanda yetişdirilir + Video

qara-pomidor-gormusdunuz
Oxunma sayı: 9926

Qeyri-adi meyvə tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini Aydın Sulxayev bostanında əkdiyi qara pomidorla görənləri təəccübləndirib.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, o, Ukraynadan gətirdiyi sortu öz bağında yerli iqlimə uyğunlaşdırıb.

Onun sözlərinə görə, qara pomidor geni dəyişdirilmiş deyil. Yəni, selleksiya üsulu ilə əldə edilib.

İxtisasca aqranom olan A.Sulxayev həyətində yüzlərlə bitki becərir, qeyri-adi güllər, meyvə və tərəvəzlər əldə edir. O, 20-dən çox bitki növünü xaricdən Azərbaycana gətirərək, yerli iqlim şəraitinə uyğunlaşdırıb.