Qara Qarayev daha 2 il “Qarabağ”da

qara-qarayev-daha-2-il-qarabagda
Oxunma sayı: 1270

“Qarabağ” klubu futbolçusu Qara Qarayevin müqaviləsinin müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçiylə yeni – 2 illik sözləşmə imzalayıb. Bu barədə Qarayev “instagram” hesabından məlumat yayıb.

Qarayev 2011-ci ildən “Qarabağ”ın əsas komandasında forma geyinir.