Qara Qarayevin xatirə gecəsi keçirildi

qara-qarayevin-xatire-gecesi-kecirildi
Oxunma sayı: 640

ABİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasimi açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Natiq onun milli bəstəkarlıq məktəbinin inkişafı istiqamətində gördüyü əhəmiyyətli işləri diqqətə çatdırıb.

Xalq artistləri Tofiq Bakıxanov, Sevda İbrahimova, Əməkdar İncəsənət Xadimi Azər Dadaşov öz sənət müəllimləri barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Gecədə əməkdar artistlər Nərgiz Əliyarova (piano), Töhfə Babayeva (violin), həmçinin Səbinə İbrahimovadan (violonçel) ibarət Azərbaycan Dövlət Fortepiano Triosunun, o cümlədən beynəlxalq müsabiqələr laureatı Kəmalə Neymanovanın (piano) ifasında Qara Qarayevin “Piano üçün prelüdlər” (3 prelüd), “7 gözəl” baletindən “Gözəllər gözəlinin rəqsi”, həmin baletdən “Vals” və “İldırımlı yollarla” baletindən “Çılğın qızın rəqsi”nin fortepiano triosu üçün işlənmələri səslənib.