“Qara qutu” Moskvaya göndərilib

“Qara qutu” Moskvaya göndərilib
Oxunma sayı: 102

Əfqanıstan tərəfi Azərbaycanın "Silk Way" aviaşirkətinin iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğrayan təyyarəsinin "qara qutu"sunu oxunması üçün Dövlətlərarası Aviasiya Komitəsinə göndərib. Bu barədə Trend-ə bazar ertəsi məlumatlı mənbə deyib.

Bundan əvvəl əfqan tərəfi Azərbaycan təyyarəsinin "qara qutu"sunun aşkar olunduğunu bəyan edib. Bu cihaz hava gəmisinin uçuşu ərzində bütün göstəriciləri çəkir. Onun şifrinin açılmasından sonra əldə olunacaq məlumatlar qəzanın səbəbləri barədə daha çox məlumat verə bilər.

Beynəlxalq konvensiyalara görə, qəzanın səbəblərini hadisənin baş verdiyi ölkə araşdırır. İndiki halda bu ölkə Əfqanıstandır. Azərbaycan "qara qutu"nun bütün zəruri avadanlıqlara və belə avadanlıqların şifrinin açılmasında təcrübəyə malik olan Dövlətlərarası Aviasiya Komitəsinə (Moskva) verilməsi haqqında təkliflə müraciət edib. Bundan əlavə, təyyarə Rusiya istehsalı olub.

İndi ekipaj üzvlərinin qalıqlarının məhkmə-tibbi ekspertizası da keçirilir. Ekspertizanın nəticələri güman edildiyinə görə, avqustun sonunda, sentyabrın əvvəlində məlum olacaq.

Qəza zamanı ölən 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar.

Bakı-Baqram marşrutu ilə hərəkət edən təyyarə Əfqanıstan ərazisində qəzaya uğrayıb. Yerli vaxtla saat 21:26-da havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Azərbaycanın Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 təyyarəsinin yerə düşməsi üzrə komissiyası "prioritet versiya kimi" təyyarənin "Taliban" hərəkatı tərəfindən vurulmasını bəyan edib.

Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov bundan əvvəlki mətbuat konfransında deyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi