Qara qutu tapıldı

qara-qutu-tapildi
Oxunma sayı: 639

Bu barədə ANS-ə AZAL-ın vitse prezidenti, hadisəni araşdıran komissiyanın sədri İlham Əmirov məlumat verib. Qutunun şəkli Kabildəki nümayəndələrimizə göstərilib. Qutunun özü də Əfqanıstan tərəfdən yaradılmış komissiyadadır.
Amma çox maraqlıdır ki, qutunun götürülməsinə nail olan komissiya təyyarənin içində olan adamların taleyinə bir o qədər də həssaslıq göstərmir. Bunu da ANS-ə komissiyanın sədri bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycana məxsus "IL-76" yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanın Əfqanıstanın paytaxtı Kabildə yerli hökumət rəsmiləri və koalisiya qüvvələri ilə apardığı növbəti danışıqları da nəticəsiz başa çatmışdı.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi iyulun 6-da gecə saat 00:10 radələrində Əfqanıstanın Baqram Hava Limanı yaxınlığında enməyə hazırlaşarkən rabitə ani olaraq kəsilib və radarlarda görüntü itib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub.