““Qarabağ” 0:6 hesablı məğlubiyyətə görə çətinlik çəkəcək” - “Roma”nın futbolçusu

qarabag-06-hesabli-meglubiyyete-gore-cetinlik-cekecek
Oxunma sayı: 1330

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Roma”nın futbolçusu Kevin Strotman açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, o, açıqlamasında “Qarabağ”la oyundan danışıb. 

Strotman rəqibin böyükhesablı məğlubiyyət aldığı üçün çətinlik çəkəcəyini bildirib: ““Qarabağ”a qarşı oyun çətin keçəcək. Amma rəqib də əziyyət çəkəcək. Çünki onlar ilk matçda səfərdə 0:6 hesabı ilə uduzublar. Bu çox çətin situasiyadır. Lakin doğma azarkeşləri önündə oynamaları üstünlükdür. Biz isə təyyarə ilə 5-6 saat yol qət edəcəyik. “Qarabağ” bura qədər gəlibsə, deməli Çempionlar Liqasına layiqli komandadır. Doğma azarkeşləri önündə qalib gəlməyə çalışacaq. Bu da bizə çətinlik yarada bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Roma” görüşü sentyabrın 27-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.