“Qarabağ” 10 nəfərlə qalib gəldi

qarabag-10-neferle-qalib-geldi
Oxunma sayı: 1533

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda keçirilib.

Görüşün 30-cu dəqiqəsində “Qarabağ” azlıqda qalsa da, bu, qələbə qazanmağa mane olmayıb. Ağdam təmsilçisi 40 və 65-ci dəqiqələrdə vurduğu qolla meydandan 2-0 qalib ayrılıb.

“Qarabağ” – “Sumqayıt” - 2:0

Qollar: Almeyda, 40, Ndlovu, 65

Qırmızı vərəqə: İbrahim Şehiç, 30