“Qarabağ” 100 pillə gerilədi

qarabag-100-pille-geriledi
Oxunma sayı: 638

“Qafqazinfo”nun verdiyi məlumata görə, Avropada futbol mövsümünün bitməsi reytinq cədvəlinə də təsirsiz ötüşməyib.
Belə ki, ilk 5 pillədə dəyişiklik olmayıb:
1. Barselona (İspaniya)
2. Universidad de Çili (Çili)
3. Real Madrid (İspaniya)
4. Atletiko Madrid (İspaniya)
5. Bavariya (Almaniya)

Ümumiyyətlə, ilk 20 pillədə yalnız Libertadores Kubokunun finalçıları “Korintians” (Braziliya) və “Boka Xuniors” (Argentina) nəzərəçarpan dəyişiklik edə bilib.
Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” isə reytinq cədvəlinin zirzəmisinə yuvarlanıb. Ağdam klubu 100 pillə geriləyərək 299-cu yerdən 399-cu yerə enib.

Ceyhun Əhmədov