“Qarabağ” 2 milyonluq transfer edir?

qarabag-2-milyonluq-transfer-edir
Oxunma sayı: 858

Azərbaycan çempionu "Qarabağ" İtaliyanın "Palermo" klubunun futbolçusu Karlos Apna Embalonu heyətinə qatmaqda israrlıdı.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin Qvineya-Busau əsilli futbolçu üçün ödəmək istədiyi məbləğ də müəyyənləşib. “Il Giornale di Sicilia”nın yaydığı məlumata görə, Azərbaycan təmsilçisi 23 yaşlı oyunçunun 1 illik icarəsi üçün 200 min avro təklif edir.

Bu müddətdə Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik alınacaq. Embalonun keçidi baş tutsa, "Qarabağ" icarə müddətində ondan yalnız avrokubokların qrup mərhələsində yararlanacaq.

Qeyd edək ki, Karlus Apna ilə İtaliyanın "Peskara" və "Breşiya" klubları da maraqlanır. "Palermo" rəhbərliyi isə hələlik, oyunçunu göndərməyə tələsmir.