“Qarabağ” 5 futbolçu ilə müqaviləni yenilədi

qarabag-5-futbolcu-ile-muqavileni-yeniledi
Oxunma sayı: 655

“Qafqazinfo”nun verdiyi məlumata görə, Ansi Aqolli və Admir Telinin ardından Ağdam təmsilçisi daha 5 futbolçuyla müqavilə yeniləyib. Zaur Həşimov, Emin İmaməliyev, İlqar Qurbanov, Kamil Hüseynov və Tural İsgəndərov növbəti mövsümdə də “Qarabağ”ın uğurları üçün çalışacaqlar. Zaur Həşimov, Emin İmaməliyev və İlqar Qurbanovla 1 il, Tural İsgəndərov və Kamil Hüseynovla 3 illik müqavilə imzalanıb.