“Qarabağ” Avropa Liqasının qrupunda! - Fotolar+Video

qarabag-avropa-liqasinin-qrupunda
Oxunma sayı: 11135

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti matçında çıxıb.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edib.

Belfastda keçirilən oyunda rəqibinə 2:3 hesabı ilə uduzan ağdamlılar, cavab matçında rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Bununla da "Qarabağ" 6-cı dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Fotolar: Pərvin Zeynal

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu

 
20:00. “Qarabağ” - “Linfild” - 2:1

Qol: Xayme Romero, 6, Zubir, 88 - Leyveri - 90+3
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun: 2:3

“Qarabağ”: 1. Vaqner Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye

“Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Stefan Fallon, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment