“Qarabağ” Avropada sosial şəbəkələrdə ən aktiv klub oldu - Foto

qarabag-avropada-sosial-sebekelerde-en-aktiv-klub-oldu
Oxunma sayı: 1879

UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak edəcək klubların sosial şəbəkələrdəki səhifələrində ən aktiv azarkeşləri olan klubları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubu fəallığına görə qitə klublarını qabaqlayıb. İzləyicilərin orta fəallıq göstərici 29,9-a bərabərdir. Fəallığa görə ikinci yerdə Serbiyanın "Srvena Zvezda" klubudur. Hollandiyanın "Ayaks" klubu üçüncü sırada qərarlaşıb.
 
Sosial şəbəkələrdə ən çox izləyici İspaniyanın “Real” klubuna məxsusdur. Madridlilərin 222 milyon izləyicisi var. "Barselona" 213 milyon izləyiciyə sahibdir.
 
Göstəricilər 2018-ci ilin iyunundan bu ilin iyun ayına qədər “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”ə əsaslanıb.