“Qarabağ” “Axmat”la bacarmadı

qarabag-axmatla-bacarmadi
Oxunma sayı: 640

“Qarabağ” klubu Rusiyanın “Axmat” klubu ilə yoldaşlıq matçı keçirib.

“Qafqazinfo” xəbər verir ki, Avstriyada təlim-məşq toplanışı çərçivəəsində ilk oyununa çıxan Ağdam təmsilçisi görüşdən məğlub ayrılıb.

Bir neçə gün öncə digər təmsilçimiz “Qəbələ”ni 1-0 məğlub edən “Axmat” “Qarabağ”a da eyni hesabla qalib qalib.

Çeçenistannın Qroznı şəhərini təmsil edən klub qələbə topunu 88-ci dəqiqədə vurub.

Qeyd edək ki, “Terek” klubu adını dəyişərək “Axmat” edib. Klub Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun atası Əhməd Kadırovun adını daşımağa başlayıb.