“Qarabağ” azarkeşlərə pulsuz bilet payladı - 35 minlik

qarabag-azarkeslere-pulsuz-bilet-payladi
Oxunma sayı: 3918

“Neftçi”nin “Qarabağ”la bu gün keçirəcəyi matça biletləri 50 manata satması böyük müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, artıq çempion olan ağdamlıların tərəfdarlarının qiymət artımından sonra stadiona gəlib-gəlməyəcəyi sual altına düşmüşdü. 

Əldə etdiyimiz məlumata görə, “Qarabağ” klubu 700 bilet (35 min manatlıq) alaraq azarkeşlərə hədiyyə edib. Bunu “Qafqazinfo”ya klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib.