“Qarabağ” azarkeşləri ilə polislər arasında insident - İki nəfər bölməyə aparılıb

qarabag-azarkesleri-ile-polisler-arasinda-insident
Oxunma sayı: 2509

Topaz Premyer Liqasının XII turunun açılış matçında üz-üzə gələn “Qarabağ” – “Sumqayıt” görüşündə xoşagəlməz hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stdionunda keçirilən qarşılaşmada iki “Qarabağ” fanatı polis bölməsinə aparılıb.

Saxlanılanlardan biri  “Boys Qarabağ” fan-klubunun üzvü Azad Məmmədov, digəri isə “Ordu” fan-klubunun rəhbəri Elvin Süleymanovdur.

Saxlanılan şəxslər bunun nə səbəbdən baş verdiyini bilmədiklərini söylədilər:

“Heç bir səbəb bilmirik. Polis dedi ki, “Sumqayıt” azarkeşləri də yaxında əyləşib və qışqırmaq, komandamıza azarkeşlik etmək olmaz”.

Qeyd edək ki, bu hadisədən sonra tribunaya toplaşan xeyli azarkeş stadionu tərk edib.