“Qarabağ” Azərbaycanın reytinq xalını artırdı

qarabag-azerbaycanin-reytinq-xalini-artirdi
Oxunma sayı: 1131

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Bakıda Albaniyanın “Partizani” klubuna 2:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.
 
Bununla da bu mövsüm Azərbaycanın reytinq xalı 0,625-ə çatıb, Bunun 0,250-ni “Neftçi”, 0,375-ni “Qarabağ” əldə edib.
 
“Qarabağ”ın qələbəsindən sonra son 5 mövsüm üçün ümumi xal 16,000-a çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır və indi 25-ci Qazaxıstandan cəmi 0,750 xal geri qalır. Ən yaxın izləyici Polşanın isə 14,875 xalı var.