“Qarabağ” Bakıya qayıda bilmədi

qarabag-bakiya-qayida-bilmedi
Oxunma sayı: 4696

Dünən Ukraynanın Poltava şəhərində “Vorskla”ya 1:0 hesabı ilə qalib qələn “Qarabağ” klubunun Bakıya qayıtmasında problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, komandanı Bakıya gətirməli olan təyyarə əlverişsiz hava şəraitinə görə geriyə qayıda bilməyib. Bu barədə “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli bildirib.

Onun sözlərinə görə, təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

Qeyd edək ki, daha öncə AZAL şirkətinə məxsus təyyarə Bakı vaxtı ilə saat 03:30-da havaya qalxmalı, 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.