“Qarabağ” - “Banqa” görüşünün hakimləri bəlli oldu

qarabag-banqa-gorusunun-hakimleri-belli-oldu
Oxunma sayı: 643

Məlumatına görə, Litvanın "Banqa" klubu ilə cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Artıq "Qarabağ" - "Banqa" matçını idarə edəcək hakimlər də müəyyənləşib. Həmin görüşü ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi isə Yuri Mojarovski olacaq.

Qeyd edək ki, bu komandalar arasında iyunun 30-da Litvada keçiriləcək oyunun hakimləri isə hələlik məlum deyil.