““Qarabağ” Billiata yaxşı pul verəcək” - Baş məşqçi

qarabag-billiata-yaxsi-pul-verecek
Oxunma sayı: 1440

Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunun baş məşqçisi Pitso Mosimane komandanın şərəfini qoruyan Xama Billiatla bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, adı uzun müddətdi "Qarabağ"la yanaşı hallanan futbolçuyla bağlı açıqlama verən  mütəxəssis hücumçunun "Qarabağ"a keçidinin reallaşmaq üzrə olduğunu bildirib:
 
"Yayılan söz-söhbətlər onun "Qarabağ"a keçəcəyindən xəbər verir. Eşitdiyimə görə, onlar Billiata yaxşı pul verəcəklər. Xama bizimlə müqaviləni yeniləmədiyi üçün onunla görüşüb söhbət etməli oldum. Açıq danışsaq, Billiat bizə 5 gözəl il bəxş etdi. Artıq onu buraxmağın vaxtı çatıb".
 
Qeyd edək ki, zimbabveli hücumçunun xidmətində "Qarabağ"la yanaşı ABŞ və Misir klubları da maraqlıdır.