“Qarabağ” Billiatdan əl çəkmir

“Qarabağ” Billiatdan əl çəkmir
Oxunma sayı: 887

“Qarabağ” Zimbabve millisinin hücumçusu Xama Billiatdan əl çəkmir.

“Qafqazinfo” xəbər verir ki, qış transfer dönəmində adı Ağdam klubu ilə birgə hallanan “Mamelodi Sandaun”"un hücumçusu mövsümün sonunda Azərbaycana gələ bilər.
 
“Qarabağ” rəhbərliyi 27 yaşlı forvarda yayda daha cəlbedici təklif irəli sürəcək. Billiatın hazırkı klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Bu isə o deməkdi ki, "Qarabağ" təcrübəli forvardı azad agent kimi heyətinə qatmaq niyyətindədi.
 
CAR mətbuatında yer alan xəbərə görə, Ağdam təmsilçisi yayda Billiata "yox" deyə bilməyəcəyi təklif irəli sürəcək və tərəflər ortaq məxrəcə gələcəklər.
 
Billiat universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.
 
Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən Xama Billiat Zimbabve millisinin heyətində 26 oyunda 7 qola imza atıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi